"Neftçi" "Araz-Naxçıvan"a qalib gəldi, "Turan Tovuz"dan geridönüş - YENİLƏNİB

  • 13 Aprel 2024, 20:53

Bu gün Misli Premyer Liqasının 30-cu turu çərçivəsində 2 matç keçirilir.

Sportlife.az xəbər verir ki, əvvəlcə autsayder "Qəbələ" 6-cı yerdəki "Turan Tovuz"u qəbul edib. Tovuz təmsilşisi görüşdə 0:1 geridə olsa da, 81 və 90+5-ci dəqiqələrdə vurulan qollarla 2:1 hesablı əzmkar qələbə qazanıb.

Digər oyunda "Neftçi" evdə "Araz-Naxçıvan"la qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi xalını 47-ə yüksəldib və turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

13 aprel (şənbə)

19:00."Neftçi" – "Araz-Naxçıvan" - 3:0 

Qol: Brayan Moreno, 1, Rəhman Hacıyev, 45, İqor Ribeyro, 87-avtoqol
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
"Neftçi Arena"
 
16:30."Qəbələ" – "Turan Tovuz" - 1:2 

Qol: Əyyub Allaş, 49 (1:0), Aleks Souza, 81 (1:1), Belajdi Pusi, 90+5 (1:2)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu

14 aprel (bazar)
 
16:30."Səbail" – "Kəpəz"
Hakimlər:
 Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

"ASCO Arena"
 
19:00."Sabah" – "Qarabağ"
Hakimlər:
 Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev

"Bank Respublika Arena"

12 aprel (cümə)
 

"Sumqayıt" – "Zirə" - 0:0


Paylaş: