
"Neftçi"dən 1600-cü qol
“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.
Sportlife.az xəbər verir ki, yubiley topuna Andrey Ştoqrin imza atıb.
O, Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub.
“Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib.
“Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var.
Qeyd edək ki, “Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi “Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov