Premyer Liqa: "Neftçi"dən növbəti xal itkisi

  • Dünən, 21:23

Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşündə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. "Flaqman" bu görüşdə də qələbə qazana bilməyib. Tərəflər sülhə razılaşıb - 1:1.

Misli Premyer Liqası
8-ci tur

28 sentyabr

“Neftçi” – “Sumqayıt” 1:1 
Qollar: Yuri Matias, 76 – Cordan Rezabala, 70.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
“Neftçi Arena”, 19:30.


Paylaş: