Rəşad Sadıqov: “Düşünürdük ki, matç bizim üçün çətin keçəcək“

  • Bu gün, 19:47

"Zirə" Misli Premyer Liqasının VIII turunda "Kəpəz" üzərində 3:0 hesabıyla inamlı qələbə qazanıb.

Sportlife.az xəbər verir ki, “qartallar”ların baş məşqçisi Rəşad Sadıqov görüşdən sonra keçirilmiş mətbuat konfransında matçda bağlı bunları deyib:

- Oyundan qabaqda matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. "Sabah"ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdil, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm.

 


Paylaş: