Azər Bağırov: “Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq

  • Bu gün, 19:31

"Kəpəz" Misli Premyer Liqasının VIII turunda səfərdə "Zirə"yə 0:3 hesabyıla məğlub olub.

Sportlife.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini bölüşüb:

- Oyun konsentrasiyasından düşürük. Oyundan-oyuna nələrisə yaxşı etməyə çalışırıq. Düşünürəm ki, ilk hissədə daha yaxşı mübarizə apardıq. Meydançada bağışlanmayan səhvləri həm birinci, həm də ikinci hissədə etdik. Əvəzetmədən meydana daxil olan futbolçularla bağlı onu deyə bilərəm ki, hər bir oyunun öz tapşırığı var. Məşqçilər korpusu ilə birlikdə fikirləşdik ki, oyuna daha yaxşı yerli futbolçular qoşula bilər və ona görə də onları meydana buraxdıq. Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq.


Paylaş: