"Qalatasaray"ın yetirməsi "Zirə"də

  • Bu gün, 18:54

“Zirə” heyətini yeni futbolçuyla gücləndirib.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Eren Aydını transfer edib. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.


Paylaş: