"Qarabağ" 11-ci dəfə çempion oldu - YENİLƏNİB

  • 29 Mart 2024, 20:58

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start verilir.

Sportlife.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub.  Görüş  "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

 

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini məğlub edib. Bununla da "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirib. Komanda son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

19:00. “Kəpəz” – “Qarabağ” - 1:6 

Qollar: Julio Romao, 21 (0:1), Olavio Juninyo, 52 (0:2), 56 (0:3), Abbas Hüseynov, 64 (0:4), Elvin Cəfərquliyev, 69 (0:5), Redon Cica, 89 (0:6)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Qəbələ” – “Neftçi” - 0:1 

Qol: Kilan Lebon, 42 (0:1)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

30 mart (şənbə)

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

31 mart (bazar)

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Paylaş: