Şahin Diniyev: “Heçnədən penalti verildi”

  • Dünən, 21:07

"Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı”.

Sportlife.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah”a uduzduqları oyundan (2:4) sonra deyib.

O, daha sonra zamanı ehtiyaclarını olduqlarınə bildirib:

“Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var”.


Paylaş: