Şahin Diniyev istefa verdi
"Səbail" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə minimal hesabla məğlub olub.
Sportlife.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev istefa etdiyini açıqlayıb.
"Rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bu, futboldur, hər şey olur".