Şahrudin Məhəmmədəliyevin son durumu bilindi

  • 27 Mart 2025, 10:50

Azərbaycan Premyer Liqasında 4-cü dövrə start götürəcək. "Qarabağ" martın 28-də açılış matçında "Turan Tovuz"la qarşılaşacaq. 

Ağdam klubunun mətbuat katibi Anar Hacıyev oyunçuların vəziyyəti və zədəlilər barədə Sportlife.az saytına məlumat verib:

"Milliyə çağırılmayan futbolçular məşqlərini çoxdan bərpa edib. "Kəpəz"lə oyundan sonra onlara 4 günlük istirahət verilmişdi. Məşqlərini davam etdirir və növbəti oyuna hazırlaşırlar". 

Şahrudin Məhəmmədəliyev millinin matçında topuğundan zədələndi. Həkimlərin müayinəsindən sonra 1 həftəyə məşqlərə geri dönəcəyi bildirilib. Digər zədəli futbolçumuz Abbas Hüseynov isə artıq komanda ilə birgə məşqlərə qoşulur".

Akif ƏHMƏDOV


Paylaş: