"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

  • 25 Fevral 2024, 21:32

"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. 

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Sxadadze MDB (1992) və Gürcüstan (1991-98) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

 Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-02-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Sxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.


Paylaş: