"Kəpəz" - "Qəbələ" matçından sonra "istefa" qalmaqalı

"Kəpəz" - "Qəbələ" matçından sonra "istefa" qalmaqalı

  • 23 Fevral 2024, 19:23

"Kəpəz" - "Qəbələ" matçında (2:1) qəbələli azarkeşlər "Elmar istefa" şüarları səsləndiriblər.

Sportlife.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, oyundan sonra məşqçilər heyəti Elmar Baxşıyev, Rasim Ramaldanov və Xaqani Məmmədov azarkeşlərlə qarşılaşmamaq üçün meydanı ən sonda tərk ediblər. 

Rasim Ramaldanov azarkeşlərə çox sərt reaksiya verib. Xaqani Məmmədov isə "gedin, başqasını istefaya səsləyin!" deyə "Qəbələ" fanatlarına acıqlanıb.

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın autsayderidir.

Hidayət Qurbanov


Paylaş: