15 Noyabr 2023, 18:30
“Araz-Naxçıvan” məşqlərini tam heyətlə keçirə bilmir

 “Araz-Naxçıvan” 3 günlük istirahətdən sonra dünəndən məşqləri bərpa edib”.

Bunu Sportlife.az-a açıqlamasında klubun mətbuat katibi Mahal Məmmədov bildirib.

O qeyd edib ki, hazırda zədəli və cəzalı futbolçu yoxdur. Amma məşqlər tam heyətlə keçirilmir:

“Çünki Turan Manafov əsas millinin, Abdulla Razyev və Mirəli Əhmədov U-21-in, Avram Kristian isə Moldova millisinin düşərgəsindədir”.