"Turan Tovuz" darmadağınla zirvədə!

  • 4 Oktyabr 2025, 21:40

Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Jo Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu ilk pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci sıradadır.

Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni 2 cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.


Paylaş: