
Poqba milliyə qayıdır
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba yenidən Fransa millisinə qayıda bilər.
Sportlife.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Didye Deşam açıqlama verib.
"O, yenidən futbolçu olmağa yaxınlaşır. Milliyə gəlincə, onun qayıtmaq istədiyinə şübhəm yoxdur; onun məqsədi budur. Ancaq əvvəlcə o, bir neçə mərhələdən keçməlidir. Birincisi, Monakoda oynamaqdır. Ümid edirəm ki, o bunu edə bilər. Bu, onun üçün vacib bir addım və böyük sevinc olacaq. İndi "hə" desəm, hamı onun artıq qayıdacağını düşünəcək. "Yox" desəm, axmaq olduğumu düşünəcəklər. Beləliklə, ən yaxşı seçim ona ilk mərhələdə uğurlar arzulamaqdır", - deyə o bildirib.
Xatırladaq ki, Poqba yay transfer pəncərəsi zamanı "Monako" ilə pulsuz transferə imza atmışdı. Fransız futbolçu dopinqdən istifadə etdiyinə görə uzun müddət diskvalifikasiya olunub.