
"Tuxel bunu məndən trilyon dəfə yaxşı bilir"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Fil Fodenin İngiltərə yığmasına çağırılmamasına münasibət bildirib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis milli ilə bağlı qərarları Tomas Tuxelin verdiyini söyləyib:
"Tuxel nəyə ehtiyacı olduğunu məndən trilyon dəfə yaxşı bilir. Sadəcə onu deyə bilərəm ki, Fil əvvəlki kimi oynayır və geri qayıdacaq".
İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 9-da Uelsi qəbul edəcək, 5 gün sonra isə səfərdə Latviya ilə qarşılaşacaq.