
Yamal yenə zədələndi
"Barselona"nın futbolçusu Lamin Yamal yenidən zədələnib.
Sportlife.az xəbər verir ki, hücumçu qasıq ağrısı hiss etməyə başlayıb.
Narahatlığın Çempionlar Liqasının II turunun PSJ ilə oyunundan (1:2) sonra yarandığı bildirilir.
Yamalın 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.