Rodri azarkeşlərə təşəkkür etdi

  • 3 Oktyabr 2025, 17:50

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri zədəsini sağaltdığı müddətdə azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Sportlife.az xəbər verir ki, ispan futbolçu bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:

"Onlar mənim geri qayıtmağımı çox istəyirdilər, necə ki, bunu mən də çox arzulayırdım. Özümlə yanaşı, ailəmə göstərdikləri sevgi məni qürurlandırır".

Qeyd edək ki, Rodri çarpaz diz bağlarının qopması və budundan zədələnməsi səbəbindən ötən mövsümünün çox hissəsini buraxıb.


Paylaş: