
"Qarabağ" ilk "3-lük"də
Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan klubların siyahısı açıqlanıb.
Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu siyahıda ön sıralarda yer alır.
“Köhlən atlar” 8 oyunun 7-də qalib gəlib, yalnız 1 görüşdə məğlubiyyətlə üzləşiblər.
Eyni göstəriciyə Danimarkanın “Midtyullann” və Portuqaliyanın “Braqa” klubları da sahibdir. Onlar isə 7 qələbənin yanında 1 heç-heçəyə imza atıblar.
İlk "5-liy"i Polşa “Rakov”u (6 qələbə, 1 məğlubiyyət) və İsveç “Malmö”sü (6 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə) tamamlayır.