"Alperenlə oynamağı çox sevirəm"
"Alperenlə oynamağı çox sevirəm. Eniş-çıxışlarımız olub. Çox pis oynadığım vaxtlar olub və o, mövsümboyu əla oynayıb. Özümü yeni sistemdə tapmağa çalışırdım. İkimizin də çox xal atdığı matçlar olacaq və qalibiyyətlər gələcək".
Sportlife.az xəbər verir ki, bunları NBA komandası "Hyuston Rokets"də çıxış edən Ceylen Qrin deyib. O, Alperenlə yaxşı bir ikili ola biləcəyini düşünür:
"Siz Nikola Yokiç və Camal Mürreyi görürsünüz. Mürrey və Yokiç kimiyik demirəm, amma insanlar daim Alpereni Yokiçlə müqayisə edirlər. Mən niyə Mürrey kimi olmamalıyam? Onun kimi olmaq istədiyimi demirəm, amma biz də onlar kimi rəqiblərə çətin anlar yaşadan bir duet ola bilərik”.