Çempionlar Liqası: "Sabah" bu gün ilk oyununa çıxır

  • 17 Sentyabr 2024, 12:05

Azərbaycan çempionu "Sabah" basketbol klubu FIBA Çempionlar Liqasında bu gün mübarizəyə start verəcək.

Sportlife.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsində İsveçin "Norrçöpinq Dolfins" klubu ilə qarşılaşacaq.

1/4 final matçı Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunacaq.

Matça Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.


Paylaş: