
Müntəzəm mövsümə yekun vuruldu
Azərbaycan Basketbol Liqasında müntəzəm çempionata yekun vurulub.
Sportlife.az xəbər verir ki, XX turun bağlanış qarşılaşması Gəncə İdman Sarayında baş tutub.
B qrupunun matçında ev sahibi "Gəncə" "Sumqayıt"ı 94:92 hesabı ilə məğlub edib. Beləliklə, B qrupunu "Gəncə" 35, "Sumqayıt" isə 28 xalda tamamlayıb.
Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" NTD-ni 103:77, "Sabah" isə "Naxçıvan"ı 111:89 hesabı ilə məğlub edib. Daha əvvəl A qrupundan "Sabah", "Naxçıvan" və "Neftçi"nin, B qrupundan isə "Şəki"nin pley-offa vəsiqə qazandığı bəlli olub.