
Qabon millisinin üzvü bölgə klubunda
Qabon millisinin basketbolçusu Antoni Tseqakele "Lənkəran"a keçib.
Sportlife.az xəbər verir ki, 25 yaşlı basketbolçunun Kanada vətəndaşlığı da var. Antoni buna qədər Fransa Pro A Liqasında "Roanne", Tanzaniyada "Pazi" və Kanadada "Saskatçevan Reytls" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.