
Məşhur basketbolçudan sürpriz qərar
"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms gözlənilməz qərar qəbul edib.
Sportlife.az xəbər verir ki, ABŞ millisinin üçqat Olimpiya çempionu tezliklə peşəkar karyerasını başa vurmağa hazırlaşır.
40 yaşlı basketbolçu bildirib ki, artıq karyerasının sonu yaxınlaşır.
Qeyd edək ki, Ceyms 4 dəfə NBA çempionu olub, dəfələrlə müntəzəm mövsümün ən yaxşı oyunçusu və pley-off final seriyasının ən dəyərli basketbolçusu seçilib.