"Qarabağ"da şok itki

  • Bu gün, 17:08

"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

Sportlife.az xəbər verir ki, əzələsində problem aşkarlanan monteneqrolu yarımmüdafiəçi təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu isə o deməkdir ki, futbolçu Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının ilk turunda "Benfika” ilə keçirilən matçın (3:2) 77-ci dəqiqəsində zədələnib.


Paylaş: