
Futbol oynayarkən qolunu sındırdı
Keçmiş norveçli biatlonçu Yohannes Be qolunu sındırıb.
Sportlife.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb: "Qırılmış qol şənbə günü futbol oynamaq planının bir hissəsi deyildi. Amma mən bunu təbəssümlə qəbul edəcəyəm və ümid edirəm ki, sağalma tez olacaq. Bu il daha futbol olmayacaq, amma inanıram ki, ilk ov mövsümünə hazır olacam".
Avqust ayında Be Norveçin VI Liqasında çıxış edən "Vinqer" klubunda oynayacağını açıqlamışdı.