Mateus Silva ÇL-in rəmzi komandasında

  • Bu gün, 17:30

"Qarabağ"ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu üçün açıqlanan rəmzi komandaya düşüb.

Sportlife.az xəbər verir ki, siyahını "Yahoo" portalı tərtib edib.

Braziliyalı müdafiəçi Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı tarixi qələbədə göstərdiyi inamlı oyunla yadda qalıb.

Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya)

Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Deyk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya)

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkan ("Sportinq", Portuqaliya).

Hücumçular: Markus Reşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).


Paylaş: