
"Barselona" - PSJ oyunu fərqli stadionda
UEFA Çempionlar Liqasının II turunun "Barselona" - PSJ oyunu "Kamp Nou" stadionunda keçirilməyəcək.
Sportlife.az xəbər verir ki, qarşılaşma Barselona şəhərindəki “Olimpik Lyuis Kompanis” arenasında olacaq.
Buna səbəb “Kamp Nou” stadionunun açılması üçün lazımi inzibati icazələrin hələ də alınmamasıdır.
Qeyd edək ki, “Barselona” – PSJ görüşü oktyabrın 1-də reallaşacaq.