Qvardiola italyanları təriflədi

  • Bu gün, 11:54

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ilk turunda "Napoli" üzərində qazanılan qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, o, İtaliya komandalarının müdafiədə fantastik oynadığını bildirib:

"Mən onlarla dəfələrlə qarşılaşmışam. Bu komandaların möhkəmliyinə, konsentrasiyasına heyranam. Nəticəyə görə xoşbəxtəm. Çətin həftə oldu - bazar günü "Mançester Yunayted"i qəbul etdik. Bu həftəsonu isə bizi Londonda "Arsenal"a qarşı inanılmaz dərəcədə çətin sınaq gözləyir".

Çempionlar Liqasının II turunda “Mançester Siti” “Monako” ilə, “Napoli” isə “Sportinq”lə qarşılaşacaq.


Paylaş: