
"Kifayət qədər ağıllı oynadıq"
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqasının ilk turunda “Napoli” üzərində 2:0 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, futbolçu kifayət qədər ağıllı oynadıqlarını bildirib:
"İlk hissə bir qədər sönük oynadıq, xətlər arasında çox toxunuşlar yox idi. Amma ikinci hissədə vəziyyəti düzəltdik".