
Çempionlar Liqasının favoriti açıqlandı
Opta superkompüteri UEFA Çempionlar Liqasının ilk turunun oyunlarından sonra favoritləri müəyyən edib.
Sportlife.az xəbər verir ki, “Liverpul” 19,9% qalib gəlmə şansı ilə Avropanın nüfuzlu turnirinin qalibi olmaq üçün favorit olaraq qalır. "Arsenal" ikinci (16%), PSJ isə üçüncüdür (12,7%).
Bu günə olan məlumata görə, Çempionlar Liqasının ümumi turnir cədvəlinə Frankfurt “Ayntraxt”ı başçılıq edir. PSJ ikinci yerdədir, ilk üçlüyü isə "Brügge" tamamlayır. Bütün bu komandaların üç xalı var.
Çempionlar Liqasının son qalibi PSJ olub.