"Sabah" avrokubok oyununa baş məşqçisiz çıxacaq

  • 8 Noyabr 2023, 09:38

Kişi basketbolçulardan ibarət "Sabah"ın baş məşqçisi Boban Mitev ailə vəziyyəti ilə bağlı təcili Şimali Makedoniyaya yollanıb.

Sportlife.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komandanı FIBA Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunun 4-cü turunda "Mornar" (Monteneqro) ilə görüşə məşqçi Nikola Bozinovski çıxaracaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 8-də, saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək.


Paylaş: