“Sabah” gün gün son oyununu keçirəcək

  • 22 Noyabr 2023, 09:40

FIBA Avropa Kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq.

Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da son oyununa çıxacaq.

D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq VI turun matçı saat 19:00-da başlayacaq.

Hazırda hesabında 6 xal olan “Sabah”ın II mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Bağçaşəhər” də 9 xala malikdir.


Paylaş: