Şirzadov “Gəncə”də - RƏSMİ

  • Dünən, 12:48

Transfer çalışmalarını davam etdirən “Gəncə” basketbol komandası daha bir basketbolçunun keçidini həll edib.

Sportlife.az xəbər verir ki, bölgə klubu Elşad Şirzadov ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

26 yaşlı basketbolçu son mövsümü NTD-də keçirib. 188 sm boya malik Şirzadov yeni komandasının heyətində 10 nömrəli formada oynayacaq.

Qeyd edək ki, Şirzadov Azərbaycan yığmasının da üzvüdür.


Paylaş: