
“Arsenal” ardıcıl 20-ci dəfə pley-off mərhələsinə yüksəldi
"Arsenal" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Lens"i darmadağın edib.
Sportlife.az xəbər verir ki, Mikel Artetanın komandası vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb.
Beləliklə, "Arsenal qitə" yarışlarında iştirak etdiyi son 20 dəfə ardıcıl olaraq Avropanın pley-off mərhələsinə vəsiqə qazanıb. London klubu bu müddət ərzində 15 dəfə Çempionlar Liqası, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsini geridə qoyub.
"Arsenal"ın 5 turdan sonra 12 xalı var. Londonlular artıq "4-lük"də birinciliyi əldən verməyəcəklər, çünki 2-ci olan PSV-nin hesabında 8 xal var.