"Cütün favoriti "Barselona"dır"

  • 16 Aprel 2024, 19:00

"Barselona"nın sabiq futbolçusu Aleksandr Qleb Çempionlar Liqasının 1/4 final mərhələsinin Kataloniya klubu ilə PSJ arasında keçiriləcək cavab oyunu haqqında danışıb.

Sportlife.az xəbər verir ki, Qleb bu barədə Metaratings.ru-ya açıqlama verib. 

“Əlbəttə, “Barselona”nın daha da irəli getmək şansı var. PSJ-nin indi yaxşı komandası var, lakin bu cütün favoriti "Barselona"dır. Onların Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanacağına inanıram" - deyə sabiq "Barselona"lı bildirib.

Komandalar arasında ilk görüş 3:2 hesabı ilə "Barsa"nın qələbəsi ilə başa çatıb.


Paylaş: