Haaland eyni vaxtda 2 ÇL rekordu qırdı

  • 29 Noyabr 2023, 14:15

"Mançester Siti"nin mərkəzi hücumçusu Erlinq Haaland qrup mərhələsinin 5-ci turunda "Leypziq"lə matçdan sonra Çempionlar Liqasının 2 rekorduna imza atıb. 

Sportlife.az xəbər verir ki, Haaland Çempionlar Liqasında 40 qol vuran ən sürətli oyunçu olub. O, 35 oyundan sonra bu göstəriciyə nail olub. 

Bundan əlavə, Erlinq fransalı Kilian Mbappenin nailiyyətini geridə qoyaraq Çempionlar Liqasında 40 qol həddinə çatan ən gənc futbolçu oldu.

“Mançester Siti” 5 turda 15 xal toplayaraq vaxtından əvvəl Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib.


Paylaş: