"Hər şey hələ də öz əlimizdədir"
"Borussiya"nın baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSV ilə heç-heçəni (1:1) şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.
“Nəticə odur ki, hər şey hələ də öz əlimizdədir. Aydındır ki, evdə qələbə qazanmalıyıq. Nəyəsə nail olmaq istəyirsənsə, doğma meydanda qalib gəlməlisən. İlk hissədə yaxşı idik və topa inamla nəzarət etdik. Fasilədən sonra o qədər də yaxşı oynamadıq, amma PSV daha yaxşı oynamağa başladı. Bizim növbəti mərhələyə çıxmaq şansımız hələ də çox yüksəkdir" - deyə Terziç bildirib.
Cavab oyunu martın 13-də Almaniyada keçiriləcək.