Müller ÇL oyunu barədə
"Bavariya"nın hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə cavab oyunundan nə gözlədiyini danışıb.
Sportlife.az xəbər verir ki, komandalar arasında ilk görüş münhenlilərin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Vəziyyət aydındır. Bir qol geridəyik. Nizam-intizamlı olmağımız bizim üçün vacib olacaq”, – deyə Müller "Bayern & Germany"yə danışıb.
"Bavariya" - "Latsio" matçı sabah keçiriləcək.