"Qarabağ"dan azarkeşlərə xəbərdarlıq

  • 17 Noyabr 2025, 15:11

"Qarabağ" UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı "Napoli" (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

Hazırda Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər "iTicket.az" portalından onlayın bilet əldə edə bilərlər.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.


Paylaş: