"Real Madrid"ə hörmət edirik, amma..."

  • 16 Aprel 2024, 22:55

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə klubunun 2023/24 mövsümünün qalan hissəsi üçün hədəflərindən danışıb.

Sportlife.az xəbər verir ki, silva "Marca"ya müsahibəsində “Biz Premyer Liqanı qazanmaq istəyirik. Yenidən Çempionlar Liqasını qazanmaq istəyirik, ardıcıl ikinci dəfə az sayda komandanın bacardığı bir şey olacaq. Biz "Real Madrid"ə çox hörmət edirik, amma çempionluq istəyirik” deyib.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 32 oyundan sonra 73 xalla birinci yerdədir.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Şəhərlilər” və “Real Madrid” klubları arasında keçirilən ilk oyunu 3:3 hesabı ilə başa çatıb. Cavab oyunu aprelin 17-də Mançesterdə baş tutacaq.


Paylaş: