
Yamal niyə əsəbiləşib?
"Barselona"nın ulduzu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "İnter"lə heç-heçədən (3:3) sonra fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu oyun haqda bunları deyib:
"Bu görüşdə asanlıqla qalib gələ bilərdik, amma indi cavab matçını düşünürük. Komandaya kömək etdiyim üçün şadam. Hər şeyimi verməyə çalışıram. Qələbə qazanmaq ən vacib şeydir. Ona görə də bir az əsəbiləşdim".
Qeyd edək ki, cavab oyunu mayın 6-da olacaq.