Hidayət Heydərov üçqat Avropa çempionu oldu

  • 4 Noyabr 2023, 19:47

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Sportlife.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib. Rəqibinə qalib gələn Heydərov ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə Avropa çempionu olub.

Azərbaycan idmançısı bundan əvvəl Abdul Umayevi (Belçika), Marko Xaveri (Polşa), Daniel Zegedi (Macarıstan) və Pedro Pelivanı (Moldova) məğlub etmişdi.

Qeyd edək ki, H.Heydərov 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medala yiyələnib.


Paylaş: