İkiqat olimpiya çempionu vəfat etdi

  • 6 Aprel 2025, 16:57

Finlandiyalı ikiqat olimpiya çempionu Heykki Hasu vəfat edib.

Sportlife.az "Iltalehti" qəzetinə istinadən xəbər verir ki, kişilər arasında xizəksürmə növlərində titullar əldə etmiş idmançı 99 yaşında ikən dünyasını dəyişib.

Hasu 1948-ci ildə ikinövçülük, 1952-ci ildə 4X4 estafetində qızıl medal qazanıb. O, 1952-ci il olimpiadasında ikinövçülük yarışında gümüş medala da sahib çıxıb.

Hasunun ölümündən sonra Qış Olimpiya Oyunlarının ən yaşlı qalibi qadınlardan 97 yaşlı avstriyalı dağ xizəkçisi Trude Yohum Brayzer, kişilərdən kanadalı 93 yaşlı bobsleyçi Piter Kirbi qalıb.


Paylaş: