Makron olimpiada barədə: "Ərazini tamamilə mühasirəyə alacağıq"

  • 15 Aprel 2024, 19:09

Fransa prezidenti Emmanuel Makron 2024-cü ildə Parisdə keçiriləcək olimpiadanın açılış mərasimində təhlükəsizlikdən danışıb.

Sportlife.az xəbər verir ki, ölkə başçısı bu barədə RMC radiosunda danışıb.

“Biz bir neçə gün, hətta həftələr ərzində mərasim sahəsinin ətrafında təhlükəsiz perimetri yaradacağıq. Həyatda həmişə risklər var, lakin təhlükəsizlik perimetri çox geniş olacaq. Biz daxil olan və çıxan hər kəsi yoxlayacağıq, bundan səkkiz gün əvvəl ərazini tamamilə mühasirəyə alacağıq”, – Makron .

Bundan əvvəl BOK Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasının açılış mərasimində iştirakını qadağan etmişdi.

Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.


Paylaş: