Olimpiadanın açılışı harada olacaq? - Makrondan AÇIQLAMA

  • 15 Aprel 2024, 20:22

Fransa prezidenti Emmanuel Makron 2024-cü il olimpiadasının açılış mərasiminin stadionda keçirilə biləcəyini deyib.

Sportlife.az xəbər verir ki, ölkə başçısı bu barədə RMC radiosuna danışıb.

“Seinadakı mərasim Trokadero sahili ilə məhdudlaşa bilər və ya klassik olaraq edildiyi kimi "Parc des Princes" stadionunda keçirilə bilər" - deyə Makron bildirib.

 

Qeyd edək ki, "Parc des Princes" stadionu PSJ-nin ev arenasıdır.

Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.


Paylaş: