Olimpiya məşəli alovlandırıldı

  • 16 Aprel 2024, 15:19

2024-cü il Yay Olimpiya Oyunlarının məşəli qədim Olimpiyadakı arxeoloji sahədə yandırılıb.

Sportlife.az xəbər verir ki, ənənəyə görə, alovlandırma mərasimi qədim Hera məbədində baş tutub. Bu zaman həmçinin qədim ritualı yerinə yetirən bir qrup keşişin iştirakı ilə tamaşa da olub. Aktrisa Meri Mina "Ali Kahin" rolunu oynayıb. O, Olimpiya tanrılarına müraciət edib və məşəli yandırıb.

Olimpiya məşəli 2024-cü il Olimpiadasının keçiriləcəyi Parisə mayın 8-də gələcək.


Paylaş: