Rəqibi çəkildi, Cokoviç oynamadan yarımfinala yüksəldi

  • 10 İyul 2024, 15:06

Uimbldonda bu gün növbəti 1/4 final görüşləri keçiriləcək.

Sportlife.az xəbər verir ki, Novak Cokoviçlə qarşılaşmalı olan Aleks de Minaur görüşdən çəkilib. O, zədəsinə görə bu qərarı almalı olub.

Beləliklə Cokoviç birbaşa yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi Lorentso Muzetti - Teylor Frits cütünün qalibi olacaq.


Paylaş: