Dieqo Lopez revanş arzusunda

  • 15 Aprel 2024, 19:48

Braziliyalı UFC döyüşçüsü Dieqo Lopez (23-6) Movsar Evloyevə (18-0) qarşı revanş döyüşü keçirmək istəyir.

Sportlife.az xəbər verir ki, bu barədə Lopez mətbuat konfransında danışıb.

“Beynəlxalq Döyüş Həftəsində Movsarla döyüşü mənə verin. Düşünürəm ki, bütün döyüşlərim revanş görüşünə layiq olduğumu göstərir. Mən onu yalnız qərarla qalib gələn oğlan adlandırmağı xoşlayıram”, - deyə Lopez mətbuat konfransında bildirib.

6 may 2023-cü ildə ABŞ-də keçirilən "UFC 288" turnirində Yevloyev yekdil qərarla (29-28, 29-28, 30-27) Lopezi məğlub eetmişdi.


Paylaş: