Makqreqordan xəbər var: Yayda döyüşlərə qayıdır
İki çəki dərəcəsində UFC çempionu olan Konor Makqreqor (22-6) yenidən oktaqona qayıdır.
Sportlife.az xəbər verir ki, mşhur irlandiyalı növbəti döyüşünün bu yay keçiriləcəyini açıqlayıb.
"Super Bowl" ABŞ-dəkı dostlarım üçün ən böyük idman hadisələrindən biridir, amma bu yay Makın oktaqona qayıtmasından sonra ikincidir!" – Makqreqor X sosial şəbəkəsində yazıb.
Daha əvvəl isə Makqreqor və Maykl Çandlerin (23-8) aprel ayında UFC 300-də döyüşəcəkləri bildirilirdi.